Yekaterinburqda Liberal Demokratlar Partiyasının sabiq lideri Vladimir Jirinovskinin adından avtoqrafı ilə yazılmış məktubu 40 min rubla (təxminən 708 manat) satışa çıxarılıb.
Tribunainfo.az Rusiya mediasına istinadla bildirir ki, məktubda, “Mən 2017-ci ilin martında məktub və açıqca aldım. 2016-cı ildə ABŞ-da keçirilən seçkilərdən sonra ona yazdım”, yazılıb.
Məlumata əsasən, söhbət Jirinovskinin Donald Trampın qalib gəldiyi ABŞ prezident seçkiləri ilə bağlı məktubundan gedir. Orada LDPR lideri mövqeyinə görə həmsöhbətinə təşəkkür edib və ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonu tənqid edib.
Avqustun 27-də Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Boris Çernışov Liberal Demokrat Partiyasının yaradıcısı Vladimir Jirinovskinin əvvəllər dərc olunmamış qeydini dərc edib və orada siyasətçi ABŞ dollarından istifadədən imtina etməyə çağırıb.