Jirinovskidən postsovet ölkələrinə qeyri-ciddi təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş SSRİ ölkələrindəki konflikt zonalarını yalnız bu ölkələri Rusiyanın tərkibində birləşdirməklə həll etmək olar. 

Keçmiş SSRİ ölkələrindəki konflikt zonalarını yalnız bu ölkələri Rusiyanın tərkibində birləşdirməklə həll etmək olar.

TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Biz Donbas, Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Qarabağ haqqında fikirləşirik. Həll çox sadədir. Konfliktin olduğu ölkələri Rusiyaya birləşdirmək lazımdır. Bu olmadan qan və savaş daha bir neçə onillik davam edəcək. Heç bir keçmiş SSRİ ölkəsi bizimlə birləşməkdən imtina etməyəcək. Referendum yolu ilə böyük bir ölkə qurulmalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, Jirinovski bir çox hallarda qeyri-ciddi təklifləri ilə gündəmə gəlir.