Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin başçılıq etdiyi nümayəndə heyəti Türkmənistana səfər edib.
Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin başçılıq etdiyi nümayəndə heyəti Türkmənistana səfər edib.
Virtualaz.org xəbər verir ki, bu səfər zamanı Jirinovskiyə Türkmənistann “fəxri ağsaqqalı” adı verilib.
Bu haqda “Parlamentskaya qazeta” yazıb. Jirinovskiyə “fəxri ağsaqqal” adı verilməsi haqda Dövlət Dumasının idman və bədən tərbiyəsi komitəsinin rəhbəri Mixail Deqtyarov məlumat verib.
Deputat deyib ki, hər gün KİV-lərdə qərb xadimləri Qərbdən nümunə götürməyə çağırırlar. Ancaq LDPR liderinin çoxdan çağırdığı kimi “üzünü Cənuba döndərməyin” vaxtı çatıb. Qəzet xatırladır ki, son bir ildə Jirinovski Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri ilə görüşüb.
Deqtyarovun bildirdiyinə görə, səfər zamanı “türkmənbaşı” Berdımuhammedov Jirinovskiyə türkmən xalqının fəxri ağsaqqalı adı verib, bu da Türkmənistan tərəfdən LDPR liderinə olan hörmətin nümayişidir. Deputat qeyd edib ki, Şərqdə Qərbə nisbətən tolerantlıq anlayışı fərqlidir. “Orada gərək hörməti özün qazanasan, Vladimir Jirinovski də buna nail olub”-LDPR-dən deputat bildirib.