“Zəngəzur dəhlizi üzərində İrəvanla mübarizədə Təl-Əviv Bakıya kömək etməlidir”. Tribunainfo.az xəbər verir ki, bu sözlər İsraildə nəşr olunan nüfuzlu “Jerusalem Post” qəzetində dərc olunmuş məqalədəndir.
İsrail analitiklərinin rəylərinə əsasən hazırlanmış məqalədə qeyd edilir ki, Təl Əvib Azərbaycanla müttəfiqdir və bu prosesdə müttəfiqini tək qoymamalıdır. Bundan başqa, yəhudi analitiklər İran-Ermənistan əlaqələrinin də onlar üçün önəmli olduğunu vurğulayıblar. “Onlar hesab edirlər ki, Zəngəzura nəzarət İranı Ermənistandan ayıracaq, Tehranın Qafqazdakı strateji potensialını məhdudlaşdıracaq”.