Fransa polisi aktyor Jerar Depardyeni cinsi təcavüzdə şübhəli bilinərək ifadə verməyə çağırıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, daha sonra aktyor saxlanılıb.13 qadın Depardyeni təcavüz və zorlamada ittiham edib.
Polisdəki mənbənin sözlərinə görə, Depardyenin dindirilməsi üçün saxlanılması prosesi də nəzərdən keçirilir.
Mənbə bildirib ki, polis iki qadının iddialarına görə Depardyeni sorğu-sual edəcək.