Jennifer Lopez üçün Antalyada mağara tipli otaq hazırlandı – Foto

Jennifer Lopez üçün Antalyada mağara tipli otaq hazırlandı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur ulduz Jennifer Lopez Bələk sahilində inşa edilən möhtəşəm otelin açılışında iştirak üçün Türkiyədədir.

Tribunainfo.az xəbər verir ki, bu məqsədlə Jennifer üçün Antalyada lüks nömrə hazırlanır. Belə ki, məşhur müğənni Antalyada mağara konseptli ultra lüks bir otaqda qalacaq. Otağın sahəsi 2.500 kvadratmertdir. Nömrədə eyni ancaq 14 nəfərin qalma imkanı var. Həmçinin lüks nömrənin 6 ayrı geyinmə otağı, hovuz üstü barı, saunası, xüsusi kino zalı və kamini var.

Jenniferin sözügedən oteldə konserti 23 iyul tarixində nəzərdə tutulub.

Gülşən Rəsul