Rayonlarda JEK işçiləri qapı-qapı gəzib ev pulu, kirayə pulu, zibil pulu yığır.
Tribunainfo.az xəbər verir ki, hüquqşünas Aqil Layıc bildirib ki, MKİS/JEK-lərin əhalidən yaşayış sahəsinə xidmət, kirə haqqı və ya zibil pulu (məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi) yığmaq yönündəki addımları və tələbləri qanunsuzdur.
Hüquqşünas bildirib ki, bu pulların qanuni əsası yoxdu:
“Ev özəlləşibsə, JEK-lə ev arasında əmələ gələcək münasibətlərə də son qoyulur. Bu qədər bəsit!
Əgər siz sosial kirayə müqaviləsinə əsasən həmin evdə kirayə qalmırsınızsa, bu mülkiyyət Sizin özünüzə aiddirsə və ya əvəzsiz olaraq orderlə Sizin mülkiyyətinizə verilibsə, JEK-lərin Sizdən ev pulu adı altında nəsə tələb etmək hüququ yoxdur. JEK ancaq Sizdən o zaman xidmət haqqı və ya baxım xərci tələb edə bilər ki, fərdi olaraq JEK-lə aranızda xidmətə dair müqaviləniz olsun”.