“Jamanak”: “Qarabağ məsələsi bitirilir, artıq yekundur”

“Jamanak”: “Qarabağ məsələsi bitirilir, artıq yekundur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mediası Qarabağdan köçmüş bir qrup erməninin məhz separatçıların dəstəyi ilə İrəvanda keçirdiyi aksiyanın fiaskoya uğradığını yazıb.

Tribunainfo.az xəbər verir ki, əksər saytlar aksiyanın uğursuzluğunu ictimaiyyətin onlara dəstək verməməsi ilə əsaslandırıb.

“Jamanak” qəzeti bununla bağlı qeyd edib ki, Qarabağdan köçmüş ermənilər son ümidlərini də itirirlər. “Ermənistan hökuməti Qarabağdan köçmüş ermənilərin qarşısında öhdəliyinin olmadığını açıqlayıb. Qarabağ nümayəndəliyinin onların əlindən alınması isə yekundur. Bu məsələ bununla da bitirilir”.

Fərda Uğur