Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində ölənlərin sayı artıb.
TİA.AZ xəbər verir ki, bu barədə məlumatı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan verib.
Prezidentin sözlərinə görə, indiyədək 58 nəfər zəlzələdən həlak olub, 896 nəfər yaralanıb.
Türkiyənin İzmir şəhərində baş verən yeraltı təkanlar nəticəsində ölənlərin sayı artıb.
TİA.AZ “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca verib.
Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 55-ə yüksəlib.
Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 49-a yüksəlib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, hazırda 214 nəfərin müalicəsi davam edir.
Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.
TİA.AZ xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 43 nəfərə yüksəlib.
Təbii hadisə zamanı həmçinin 896 nəfər xəsarət alıb, onlardan 667-si artıq evə buraxılıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.
Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.
TİA.AZ xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 42 nəfərə yüksəlib.
Təbii hadisə zamanı həmçinin 896 nəfər xəsarət alıb, onlardan 667-si artıq evə buraxılıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.