Türkiyənin İzmir şəhərində həbsxana avtobusunun getdiyi yolda partlayış olub.
Türkiyənin İzmir şəhərində həbsxana avtobusunun getdiyi yolda partlayış olub.
“Report” “Hurriyet” nəşrinə istinadən xəbər verir ki, hadisə Buca rayonunda baş verib.
Partlayıcı qurğu zibil qutusunda olub və avtobus onun yanından keçərkən işə düşüb.
“Haber Turk”un məlumatına görə, partlayış nəticəsində 8 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerində təhlükəsizlik qüvvələri və təcili tibbi yardım heyəti çalışır. Polis hadisə yerini mühasirəyə alıb, əməliyyat-istintaq tədbirləri başladılıb.