backend

İzdivac proqramları haqqında yeni qərar – BAĞLANIR!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həm Türkiyədə, həm də Azərbaycanda maraqla izlənilən evlilik proqramları haqqında yeni qanunun hazırlıqlarına başlalanıb. 

Həm Türkiyədə, həm də Azərbaycanda maraqla izlənilən evlilik proqramları haqqında yeni qanunun hazırlıqlarına başlalanıb.

TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Esra Erol, Seda Sayan və Zuhal Topalın apardığı evlilik verilişləri bağlanacaq. İddialara görə, Türkiyənin ali televiziya qurumu RTÜK-ə ən çox şikayət olunan bu proqramların tamamilə efirdən uzaqlaşdırılması üçün qanun hökmündə qərarnamə hazırlanır.

RTÜK-ün cərimələdiyi evlilik proqramları barəsində artıq komissiya yaralıb. Komissiya işini bitirdikdən sonra hesabat yazacaq. Sonra mövzu Milli Məclisdə müzakirəyə çıxarılacaq və Radio-Televiziya Şurası Qanununda dəyişiklik qəbul ediləcək. Qanun rəsmi qəzetdə nəşr olunduqdan sonra qüvvəyə minəcək.

Lakin bu dəyişikliyin bir ildən tez olmayacağı gözlənilmir.

Məlumat üçün bildirək ki, Türkiyə KİV-ləri bu cür evlilik verilişlərində iştirakçıların ssenari üzrə hərəkət etdiyini, reytinqi qaldırmaq üçün gah küsüb, gah barışdığını, süni qalmaqallar yaratdığını və iştirakçılara bunun müqabilində pul verildiyini iddia edir. Bu yaxınlarda Esra Erolun, Zuhal Topalın və Səda Sayananın apardığı evlilik verilişləri milli, mənəvi dəyərlərə qarşı çıxdığı üçün yüksək məbləğdə cərimələnib.