İyunun 1-də uşaqlar Bulvarda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən ödənişsiz istifadə edəcəklər

İyunun 1-də uşaqlar Bulvarda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən ödənişsiz istifadə edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti atraksionlardan, qatarlardan və gəmidən pulsuz istifadə aksiyası keçiriləcək

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.

Aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 13:00-dək Dənizkənarı Milli Parkda əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada  3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu,  “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” attraksionları,  “Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsız xidmət göstərəcək.

Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.

TİA.AZ