İyulda 18 qadın cinayəti… Vəkil qorxulu statistikanı paylaşdı

İyulda 18 qadın cinayəti… Vəkil qorxulu statistikanı paylaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkil Zibeydə Sadıqovanın paylaşdığı statistikaya əsasən, təkcə 2025-ci ilin iyul ayında Azərbaycanda azı 18 qadın ya zorakılığa məruz qalıb, ya da müəmmalı şəkildə itkin düşüb və ya həyatını itirib. Hadisələr ölkənin müxtəlif bölgələrini əhatə edir və əksəriyyətində cinayətkarlar qadınların ailə üzvləri – ər, keçmiş həyat yoldaşı, oğul, ata, nəvə və qohumlardır.

Tribunainfo.az xəbər verir ki, vəkilin təqdim etdiyi qadın cinayətlərinin xronologiyası belədir:

28 iyul, Bakı – 20 yaşlı Ş.Bəynzadə itkin düşüb (tapılıb).

28 iyul, Bakı – 16 yaşlı F.Həsənova itkin düşüb.

27 iyul, Bakı – 22 yaşlı Günay Məmmədova ərini öldürüb (iddia olunur).

25 iyul, Goranboy – 47 yaşlı Lalə İsmayılova oğlu tərəfindən öldürülüb (iddia olunur).

25 iyul, Goranboy – 77 yaşlı Tamella İsmayılova nəvəsi tərəfindən öldürülüb.

25 iyul, Gəncə – 28 yaşlı Ş.Ağaverdiyeva yuyucu vasitədən zəhərlənib (şübhəli hal).

24 iyul, Neftçala – Ə.Bağırova və atası onun əri tərəfindən xəsarət alıb.

22 iyul, Gəncə – 41 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlanıb.

21 iyul, Ağsu – 16 yaşlı Sevinc Məmmədovanın meyiti tapılıb.

19 iyul, Gəncə – 22 yaşlı Leyla Həsənov atası tərəfindən döyülərək öldürülüb.

19 iyul, Göyçay – 23 yaşlı F.Mehdiyeva itkin düşüb.

16 iyul, Bakı (Yasamal) – 38 yaşlı F.Kərimova həyat yoldaşı tərəfindən güllələnib, vəziyyəti ağırdır.

14 iyul, Sumqayıt – 36 yaşlı M.Abdullayeva 21 yaşlı kişi tərəfindən bıçaqlanıb.

14 iyul, Sabirabad – 85 yaşlı Balabikə Zeynalova oğlu tərəfindən döyülərək öldürülüb.

7 iyul, Qobustan – 24 yaşlı Günel Ağabəyli qaynatası tərəfindən öldürülüb.

5 iyul, Sumqayıt – 70 yaşlı S.İsxanova itkin düşüb.

2 iyul, Sumqayıt – 40 yaşlı Aygün Bağırova həyat yoldaşını bıçaqlayaraq öldürüb.

1 iyul, Xaçmaz – 43 yaşlı Kifayət Lətifova oğlu tərəfindən öldürülüb.

Bu hadisələr bir daha göstərir ki, ölkədə qadınlara qarşı zorakılıq və məişət cinayətləri sistematik xarakter alıb. Zibeydə Sadıqova bu statistikanı paylaşmaqla həm cəmiyyətin, həm də dövlət qurumlarının diqqətini bu təhlükəli tendensiyaya yönəltmək istədiyini bildirib.

Gülşən Rəsul