Ölkəmizdə 2 milyard manatdan çox problemli kredit var. Bu problemli kreditlərin yaranmasında krediti götürən vətəndaş günahkar hesab edilir. Ekspertlər, iqtisadçılar isə hesab edir ki, bu bankların peşəkarlıq səviyyəsinin aşağı olmasının, düzgün iş qura bilməməsinin nəticəsidir. Mütəxəssislərin fikrincə, bu qədər problemli kreditin yaranmasına səbəb bankların pula ehtiyacı olan vətəndaşı “sərfəli” şərtlərlə kredir götürməyə cəlb etməsidir. Məcburiyyətdən kredit götürən vətəndaş bəzən bankla bağlanan müqaviləni oxumur və ya bilərəkdən qəliz dildə yazılan müqaviləni anlamadan sənədə imza atır. Bu da krediti götürənin sonradan daha da borclanması, kreditinin üzərinə daha çox faiz gəlməsi kimi problemlərlə nəticələnir. Sonradan bank borclanmış, bir az da məlumatsız vətəndaşı məhkəmə ilə hədələyir. Borcuna görə bank tərəfindən mənzili əlindən alınanlar da az olmur. Məhz bu səbəbdəndir ki, hər ötən gün bankların məhkəmələrdə vətəndaşlarla çəkişmələrinin sayı durmadan artır.
Tribunainfo.az iyul ayı ərzində vətəndaşlarla məhkəmə çəkişməsində olan bankların siyahısını tərtib edib.Apardığımız qraşdırma zamanı məlum olub ki, kreditorlarla, müştəriləri ilə ən çox problem yaşayan bank “Unibank”dır. Əvvəl bu siyahıya “Kapital Bank” başçılıq edirdi.
İyul ayı ərzində ən çox məhkəmə çəkişməsi olan bankların siyahısını təqdim edirik:
“UNİBANK” ASC – 755 məhkəmə
“KAPİTAL BANK” ASC – 421 məhkəmə
“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC – 225 məhkəmə
“ACCESSBANK” QSC – 215 məhkəmə
“BANK RESPUBLİKA” ASC – 102 məhkəmə
“YELO BANK” ASC – 103 məhkəmə
“EXPRESSBANK” ASC – 94 məhkəmə
BANK VTB (AZƏRBAYCAN) ASC – 44 məhkəmə
“PAŞA BANK” ASC – 41 məhkəmə
BANK “BTB” ASC – 34 məhkəmə
“AZƏR-TÜRK BANK” ASC – 29 nəhkəmə
“YAPI KREDİ BANK AZƏRBAYCAN” QSC – 30 məhkəmə
“NAXÇIVANBANK” ASC – 25 məhkəmə
“XALQ BANK” ASC- 19 məhkəmə
“AFB BANK” ASC – 17 məhkəmə
“BANK OF BAKU” ASC – 13 məhkəmə
MELLİ İRAN BANKI BAKI FİLİALI – 13 məhkəmə
“ZİRAAT BANK AZƏRBAYCAN” ASC- 3 məhkəmə
“BANK AVRASİYA” ASC – 3 məhkəmə
“PREMİUM BANK” ASC – 1 məhkəmə
Nigar