Sosial şəbəkələrdə paylaşılan banan videoları bir çox insanın marağına səbəb olur. O qədər ki, cəmi 15-20 dəqiqəlik banan müalicəsinin iynəsiz botoks effekti yaratdığı iddia edilir. Bu metodun işlədiyini göstərmək üçün yayımlanan videolar görənləri təəccübləndirir. Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Dermatoloji Mütəxəssisi Dos. Dr. Ezgi Özkur sosial şəbəkədəki paylaşımı ilə bu məsələyə aydınlıq gətirib.
Banan qabığının iç hissəsinin 15-20 dəqiqə üzə çəkilməli olduğunu bildirib. Videodan təsirlənən bir çox istifadəçi bu maraqlı ipucunu dərilərində sınaqdan keçirməyə başlayıb.
Məlum olduğu kimi botoks ümumiyyətlə üz nahiyəsində yaranan qırışların qarşısını almaq üçün istifadə edilən dermatoloji üsuldur. Bananlarda qızartıları azaltmağa, məsamələri sıxmağa və iltihabı azaltmağa kömək edən tannin adlı bir birləşmə var.
Lakin mütəxəssislərin fikrincə, bananın tərkibindəki maddələr botoks effekti yarada biləcək qədər təsirli deyil. Banan püresi, düyü unu və kəsmikdən hazırlanan üz maskası dəri sağlamlığını yaxşılaşdıra bilər, çünki tərkibində əsas qidalar var. Botoks əzələləri aradan qaldıraraq daralma nəticəsində yaranan qırışların görünüşünü azaltmaq məqsədi daşıyır.
Dəniz Pənahova