İyirmi israilli girov iki illik əsirlikdən sonra İsrailə qayıdacaq

İyirmi israilli girov iki illik əsirlikdən sonra İsrailə qayıdacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyirmi İsrailli girov Qəzza zolağında iki illik əsirlikdən sonra bazar ertəsi azad ediləcək.

Tribunainfo.az xəbər verir ki, bu, ABŞ prezidenti Donald Trampın İsrail və HAMAS arasında münaqişənin həlli üzrə sülh planının bir hissəsi kimi baş verəcək.

İsrail hökuməti canlı girovların bu səhər azad ediləcəyini gözləyir. Bu, ABŞ prezidentinin İsrailə səfəri ilə üst-üstə düşə bilər.

Razılaşmaya əsasən, HAMAS həmçinin 28 israilli girovun cəsədini də qaytarmağı öhdəsinə götürüb.

Bu dəfə girovların əvvəlki humanitar səylər zamanı dəfələrlə istifadə edilən üsulla, yəni Qızıl Xaç nümayəndələri vasitəsilə azad ediləcəyi gözlənilir.