İYİ Partiyasının pis nəticəsi – Akşener ilk dəfə danışdı

İYİ Partiyasının pis nəticəsi – Akşener ilk dəfə danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İYİ Partiyasının sədri Meral Akşener yerli seçkilərdə yüzdə 3,77 səslə 6-cı olmasından sonra ilk dəfə açıqlama verib. Tribunainfo.az Akşenerin açıqlamasını təqdim edir: “Hesabımızı və özümüzü tənqid edəcəyik. Biz növbədənkənar seçkili qurultay çağıracağıq”. Akşener seçicilərin iradəsinə hörmət etdiklərini ifadə edərək, “Seçkilərin xeyirli olmasını arzu edirəm. Demokratik ölkələrdə hər bir məsələ müzakirə oluna bilər. Seçicilərin azad iradəsi və onların sandıq başına səslər müzakirə edilə bilməz. Qeyri-rəsmi nəticələrə görə millətimiz 1 il, 23 mahal 7 diyar olmaqla cəmi 31 yeri İYİ Partiyaya əmanət etdi. Millətimizə təşəkkür edirik”.