İvan Brkiç: “Qarabağ”a qalib gələ bilərik”backend

İvan Brkiç: “Qarabağ”a qalib gələ bilərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Düşünürəm ki, səfərdə yaxşı oyun nümayiş etdirib, “Qarabağ”a qalib gələ bilərik”.
Bunu jurnalistlərə açıqlamasında “Neftçi”nin xorvatiyalı futbolçusu İvan Brkiç Premyer Liqanın XXIV turunda “Qarabağ”la keçiriləcək oyunla bağlı danışarkən deyib.
28 yaşlı qapıçı “Qarabağ”la matçın derbi olduğunu söyləyib. Dörd oyundur qol buraxmadığını xatırladan Brkiç uğurlu seriyanı davam etdirmək arzusunda olduğunu əlavə edib: “Əvvəlki oyunlara necə, bu görüşə də o cür hazırlaşmaq lazımdır. Öz gücümüzü bilirik. “Neftçi”yə gələndən bəri ilk dəfədir uğurlu seriya yaxalamışam. Dörd oyundur ki, eyni heyətlə çıxış edirik. Bu, komandaya müsbət təsir göstərir, meydanda bir-birimizi daha yaxşı başa düşürük. Ardıcıl dörd görüşdə qol buraxmamağım təkcə mənim yox, müdafiə xəttinin və bütün oyunçuların uğurudur. Ümid edirəm ki, bu seriyanı qoruyub saxlaya biləcəyik”.
Qeyd edək ki, fevralın 27-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da başlayacaq.