İctimai Televiziya və RadioYayımları Şirkətinin baş direktorluğuna namizdəliyini irəl isürən tanınmış jurnalist, dəyərli dostumuz Iltifat Hacıxanoğlunun bu addımı birmənalı qarşılanmayıb. İctimai Televiziya və RadioYayımları Şirkətinin baş direktorluğuna namizdəliyini irəl isürən tanınmış jurnalist, dəyərli dostumuz Iltifat Hacıxanoğlunun bu addımı birmənalı qarşılanmayıb.
“Bu qərara gəlməyimdə məncə qəribə nəsə yoxdur. 17 ildir, jurnalistikadayam. Bu illər ərzində bir neçə kollektivdə işləmişəm və “Mərkəz” kimi gündəlik qəzetdə 1 il şef redaktor olmuşam. Hazırda yenə də mətbuat sahəsində çalışıram. Aztimes.az İnformasiya portalının təsisçisi və baş redaktoruyam. Qısası, mətbuatda təsadüfi adam deyiləm”.
Bunu Moderator.az saytına açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorluğu vəzifəsinə namizədliyini irəli sürən jurnalist İltifat Hacıxanoğlu deyib. Onun sözlərinə görə, dostlarının bəziləri bu addıma utopik xəyallara düşmə sevdası kimi baxsalar da, özündə bu gücü hiss edir: “Niyə də yox? Öz şansımı sınamaq istədim. Amma onu da deyim ki, bəzi dostlar məni utopik xəyallara düşməkdə qınayırlar. Mən özüm də İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorluğu vəzifəsinin öhdəsindən layiqincə gəlmək gücünü hiss edirəm. Buna mənim təcrübəm əsas verir. Onu da deyim ki, Cəmil Quliyevin də yenidən bu vəzifəyə namizəd olmasi xəbərini oxudum. Mən ona da uğurlar arzulayiram” Qeyd edək ki, İltifat Hacıxanoğlu 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Etibar Şirəliyev adına Qaradağ rayonu Müşviqabad qəsəbəsi 274 saylı orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinin İqtisadi Kibernetika fakültəsinə qəbul olunub. Hərbi xidməti başa vurandan sonra “Ekspress”, “Vətəndaş Həmrəyliyi”, “Üç nöqtə”, “İrəvan” və başqa qəzetlərdə jurnalist kimi fəaliyyət göstərib. 2011-ci ildə “Mərkəz” qəzetinin baş redaktoru olub. Hazırda Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəridir.
Həmçinin, 2013-cü ildən İctimai Radioda hər həftə “Səhnə həyatı” verilişi ilə efirə çıxır. Bundan başqa Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunan “Laçın qartalı” və “Şərəfli ömrün manifesti” sənədli-filmlərinin müəllifidir. Ailəlidir, iki qızı bir oğlu var.
Yeri gəlmişkən, Iltifat Hacıxan Sultanı dəstəkləyən, onun bilik və bacarığını qiymətləndirən digər dostları bu yolda tanınmış jurnalistə uğurlar arzuladıqlarını da qeyd etməyi unutmadılar.