Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

MTRŞ-ın mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün namizəd Azərbaycan vətəndaşı və ali təhsilli olmalıdır.
Bundan başqa, əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər ərizə, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, tərcümeyi-hal, kadrların şəxsi uçot vərəqi və ali təhsil haqqında dövlət sənədlərini 12 aprel tarixdən 22 aprel tarixədək Milli Televiziya və Radio Şurasına təqdim etməlidirlər.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra “İctimai Televiziya və Radio Yayımı haqqında” qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim ediləcək.