İTV II Qaregenə yenə efir vermədi

İTV II Qaregenə yenə efir vermədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan İTV-si erməni katalikosu II Qaregenin televiziyada yeni il təbriki məqsədi ilə çıxışına icazə verməyib. Tribunainfo.az xəbər verir ki, bu barədə telekanal özü məlumat yayıb.
Məlumatda deyilir ki, ölkədə din dövlətdən ayrıdır və dini liderin ictimai xarakter daşıyan telekanaldan yeni il təbriki səsləndirməsi məqbul deyil. Bundan başqa, İTV II Qaregenin Ermənistanın dövlət maraqlarına zərər vuracaq fikilər işlədə biləcəyini də əsas kimi təqdim edib.
Erməni müxalifəti isə iddia edir ki, guya, bu, Azərbaycanın tələbidir. Bu iddiada olan deputat Kristin Vardanyan hesab edir ki, II Qaregeni efirə buraxmamaq, birbaşa Bakı və İrəvan arasındakı razılaşmanın nəticəsidir.
Xatırladaq ki, Ermənistan İTV ötən il də erməni katalikosa efir verməmişdi.