Tərtərdə itkin düşən 16 yaşlı oğlanın meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, Atayev Vidadi Samir oğlunun meyiti Mamırlı kəndində, qonşularının həyətindəki qoz ağacından asılmış vəziyyətdə aşkarlanıb.
Yeniyetmənin orta məktəb təhsilini yarımçıq qoyaraq 9-cu sinifdən çıxdığı, avtomobil təmiri yerində usta köməkçisi işlədiyi bildirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Atayev Vidadi Samir oğlunun itkin düşməsi barədə məlumat Tərtər Rayon Polis şöbəsinə 16 avqustda daxil olub.