Konyada təxminən 5 aydır itkin düşən Çiğdem E.-nin 4 Əfqanıstan vətəndaşı tərəfindən bıçaqlanaraq öldürüldüyü, daha sonra isə bir evin bağçasında basdırıldığı məlum olub.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, 4 şübhəlinin nəzarətə alındığı hadisə ilə bağlı istintaq bir çox istiqamətdə davam edir.
Konyada yaşayan Çiğdem E. 5 ay əvvəl evə qayıtmadıqdan sonra yaxınları itkin düşdüyü üçün polisə şikayət edib. Çiğdem E.-nin itkin düşməsini şübhəli hesab edən Asayiş Şöbə Müdirliyi Cinayət Büro Komandirliyi qrupları qadının ən son görüldüyü ərazilərin retrospektiv təhlükəsizlik kamera qeydlərini araşdırıb.
Araşdırmalar nəticəsində Çiğdem E.-nin Əfqanıstan vətəndaşı olan 4 nəfərlə birlikdə görüldüyü müəyyən edilib.
Polis Çiğdem E.-nin qaçırılmış və ya öldürülmüş ola biləcəyi şübhəsi ilə 4 şübhəlini saxlayıb.
Dindirilmə zamanı Çiğdem E.-nin Karatay rayonu, Nakipoğlu məhəlləsi, Hacı Həsənbaşı küçəsində yerləşən fərdi yaşayış evinin bağçasında bıçaqla öldürüldükdən sonra basdırıldığı müəyyən edilib. Çiğdem E.-nin cəsədi bağçada qazıntı zamanı tapılıb. Çiğdem E.-nin cəsədi yarılma üçün Konya Ədli Tibb Qurumuna göndərilərkən, nəzarətə alınan şübhəlilər Konya Cinayət Bürosuna aparıldı. Hadisə ilə bağlı istintaq bir çox aspektlərdə davam edir.