İtkin düşən alpinistin ailəsi köməklik istəyir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 23-də itkin düşən “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvü Babur Hüseynovun bacıları Xınalığa gediblər.

TİA.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, Baburun bacısı Tağıyeva Nənəbacı aidiyyatı qurumlardan vaxt darlığı və şaxtalara görə xilasetmə əməliyyatlarına canlı qüvvə ilə yanaşı, texnikanın da cəlb edilməsini xahiş edib:

“Ümidim Baburun şad sədasını eşitməkdir. Qardaşıma dəstək üçün Xınalığa gəlmişik, onun axtarışına köməklik istəyirik”.