“Biz müharibəyə hazırlaşmırıq. Müharibə zamanı və ondan sonra 500 ədəd tank və ağır hərbi texnika itirildi. İndi biz 500 texnikanı 36 “Sezar” və bir neçə onlarla Hindistan hərbi texnikası ilə əvəz etməyə çalışırıq”. Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi Ermənistanda fəaliyyət göstərən VOMA” silahlı dəstənin təsisçisi Vova Vardanovdur.
Onun sözlərinə görə, məsələ təkcə raket və texnika ilə həll edilmir. “Azərbaycan 60 min əsgərini Ermənistanla sərhəddə gətirəcək. Bu o deməkdir ki, Ermənistan sərhədlərində döyüş meydanında silah və sursatla yanaşı, 60 mindən çox rəqibiniz də olacaq”.