“iTicket” gömrük qaydalarını pozub

“iTicket” gömrük qaydalarını pozub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəni tədbirlər və əyləncələr üçün biletlərin onlayn satışını həyata keçirən “iTicket Production” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İş Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır.

Qeyd edək ki, “iTicket Production” MMC-nin qanuni təmsilçisi Abasov Kamran Malik oğludur.