İtə təcavüz edən şəxs saxlanıldı – VİDEObackend

İtə təcavüz edən şəxs saxlanıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ətraf məhəllənin bəslədiyi iti Bakırköy Şenlikköy Məhəlləsində meşəlik əraziyə aparıb cinsi istismar edən şəxs nəzarətə alındı. Tribunainfo.az Haberler-ə istinadən bildirir ki, saxlanılan şəxsin Küçükçekmecedəki tikintidə gözətçi işlədiyi müəyyən edilib.

Ədliyyəyə sövq edilən şübhəliyə vətəndaşlar polis bölməsi qarşısında reaksiya göstərdi. Şübhəlinin itlə küçədə gəzdiyi anlar da təhlükəsizlik kamerasına düşüb.

Hadisə Şenlikköy Məhəlləsində boş ərazidə meşəlik ərazidə baş verib. İddiaya görə, şübhəli şəxs ətrafdakıların bəslədiyi iti meşəlik əraziyə apararaq cinsi istismar edib. Daha sonra şübhəli hadisə yerini tərk edib. İtin taqətdən düşdüyünü görən məhəllə sakinləri vəziyyəti polis qruplarına xəbər verib. Şenlikköy Polis İdarəsi məsələ ilə bağlı işə başlayarkən, it Bakırköy Bələdiyyəsi Baytarlıq Müdirliyi tərəfindən sağlamlıq müayinəsinə aparılıb.