İtaliyanın milli himni olan “İtaliya qardaşları” 71 ildən sonra ölkənin rəsmi himni statusunu alıb.
İtaliyanın milli himni olan “İtaliya qardaşları” 71 ildən sonra ölkənin rəsmi himni statusunu alıb.
TİA.AZ Trend-ə istinadən bildirir ki, qərar 15 noyabr tarixində İtaliya Senatının konstitusiya işləri üzrə komissiyası tərəfindən qəbul edilib. Daha öncə bu himn bütün tədbirlərdə səslənsə də, rəsmi statusa malik deyildi.
1946-cı ildə İtaliyanın Nazirlər Şurası Alçide de Qasperinin sədrliyi ilə “İtaliya qardaşları” kompozisiyanın ölkənin rəsmi himni kimi müvəqqəti istifadə edilməsi barədə fərman imzalamışdı. O vaxtdan himnin statusu dəyişməmişdi.