İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda gələn həftə Azərbaycana səfər edəcək.
İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda gələn həftə Azərbaycana səfər edəcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) TİA.AZ-a bildirilib ki, fevralın 23-də İtaliyanın iqtisadiyyat naziri Karlo Kalendanın rəhbərlik etdiyi biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək.
Biznes-forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15-dən artıq İtaliya şirkətinin iştirakı nəzərdə tutulur.