İtaliyalı futbolçu oyun zamanı dünyasını dəyişdibackend

İtaliyalı futbolçu oyun zamanı dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İtaliyanın həvəskarlar liqasında çıxış edən “Kuincentole” klubunun futbolçusu Dimitri Roveri oyun vaxtı dünyasını dəyişib.
Tia.az “Report”a istinadən xəbər verir ki, buna kapitanın infarkt keçirməsi səbəb olub. Hadisə “Kazalpolyo”ya qarşı matçda baş verib. Huşunu itirərək yerə yıxılan 27 yaşlı oyunçu dərhal Milan şəhərindəki “San-Raffaela” xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

O, bir müddət öncə sentyabrda ata olacağını açıqlamışdı.
Qeyd edək ki, Dimitri Roveri həm də qocalar evində bağban və təmizlikçi işləyirdi.