İTALİYADA TƏHSİL ALMAQ ŞANSI QAZANDI, AMMA GEDƏ BİLMİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada təhsil almaq şansı qazanan həmyerlimiz maddi çətinliyə görə bu arzusunu reallaşdıra bilmir. TİA.AZ  həmin xanımın müraciətini təqdim edir:  İtaliyada təhsil almaq şansı qazanan həmyerlimiz maddi çətinliyə görə bu arzusunu reallaşdıra bilmir. TİA.AZ  həmin xanımın müraciətini təqdim edir:

“Mən –Məmmədova Aygün Sahib qızı 1982- ci ildə anadan olmuşam. BDU-nun filologiya fakültəsini bitirmişəm.Şəki şəhərində 12 il ərzində ixtisasım üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimi və direktor müavini vəzifəsində çalışmışam.Həyatımda baş verən haqsızlıqar və problemlər nəticəsində işdən ayrilıb Bakı şəhərinə gəlmişəm.2 il ərzində işsiz qalmışam. Nəhayət, 2016-ci ilin noyabr ayinin 1-də müqavilə ilə(2017-ci il tədris ilinin sonunadək) öz ixtisasım üzrə işləmək şərtilə Peşə liseyinə işə düzəlmişəm. 
Universiteti bitirəndən sonra “magistr” olmaq arzum olub. Ancaq bu arzumu reallaşdırmaq imkanım yaşadığım çətin həyat şəraitində mümkün olmamışdır. Və mən Bakıya qayıtdıqdan sonra, yaşadığım çətinliklərdən sonra özümdə güc tapıb təhsilimi davam etdirməyi qarşıma məqsəd qoydum. Məqsədim xaricdə magistr təhsili almaq idi. Öz üzərimdə işləyən biri olduğumdan və həm orta məktəbdə, həm də Universitetde oxuduğum müddətdə qiymətlərim əla olduğundan mən məqsədimə doğru irəliləmək uçün cəhdlər etdim. Nəhayət ki, illərin arzusunu reallaşdıra bilmək imkanım yarandı. İtaliyada təqaüdlü qəbul proqramını qazandım. Belə ki, şərtə görə İtaliyanın Sapiensa Universiteti mənə bu təqaüdü yarı –yarı verəcək. Bu da dekabr ayından tez olmayacaq.
Qeyd etmək istəyirəm ki, mənim işlədiyim məktəbdə hal –hazırda əmək haqqım “190 manatdır”. Mən də bu məbləğlə heç nə edə bilmirəm.Bu yolda mənə kömək,dayaq ola biləcək xeyirxah insanların köməyi- nə ehtiyacım var!Sizin də məhz xeyirxah insanlardan biri olduğunu nəzərə alıb arzumu həyata keçirmək-də kömək etmənizi çox xahiş edirəm.
Bildirmək istəyirəm ki,mənim İtaliyaya getmək üçün sənədləşmə işlərimə və taqaüdü alana kimi dolanmağım üçün 6000 AZN -ə ehtiyacım var. Sizdən mənə bir daha arzumu heyata keçirməkdə komək etmənizi rica edirəm. Qəbul aldığım məktubu qoşma olaraq sizə yollayıram.
Mobil: 070 455 65 27″