İtaliya Qarabağa görə erməni alimi beynəlxalq konfransa buraxmadı

İtaliya Qarabağa görə erməni alimi beynəlxalq konfransa buraxmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağda tədqiqat aparmış Ermənistan alimi Njde Yeranyanın İtaliyada keçiriləcək beynəlxalq konfransa qatılmasına icazə verilməyib.

Virtualaz.org-un məlumatına görə, bunu erməni KİV-lərinə müsahibəsində Ermənistan Elmlər Akademiyası Arxeologiya və etnoqrafiya İnstitutunun əməkdaşı N.Yeranyan özü deyib.

O bildirib ki, Florensiya şəhərində keçiriləcək konfrans İran və Qafqaz ərazisindəki yeraltı abidələr və kurqanlara həsr olunub. Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji qrupunun üzvü kimi Njde Yeranyanın araşdırma materialı Dağlıq Qarabağla bağlı olduğu üçün tədbirə buraxılmayacaq. N. Yeranyan münaqişəli ərazilərdə tədqiqatların aparılmasına qadağa qoyan UNESCO qərarı əsasında toplantıda iştirakdan kənarlaşdırıldığını söyləyib.

Qeyd edək ki, tədbir martın 29-30-da keçiriləcək.