Ankarada itlərin hücumuna məruz qalan uşaq reanimasiyada müalicə olunub. Tribunainfo.az bildirir ki, evinin eyvanından hücuma məruz qalan uşağı görən və köməyə qaçan vətəndaş “Getdiyim zaman uşağı parçaladılar. Təcili yardıma, polisə zəng etdim. Uşağı parçaladılar, sözün əsl mənasında yedilər” söyləyib.
Hadisə Ankaranın Keçiören mahalının Kafkaslar məhəlləsində baş verib. Hadisədə 4-cü sinif şagirdi Tunahan Yılmaz zərər çəkib. Həkim qrupları tərəfindən xəstəxanaya aparılan kiçik uşağın reanimasiyada müalicəsi davam edərkən vəziyyətinin ağır olduğu öyrənilib.
Hadisə yerinə toplaşan məhəllə sakinləri sahibsiz itlərdən narahat olduqlarını bildiriblər. Məhəllə sakinlərindən Dicle Ergen, “Hər daşın altında bir it var. Buna çox təcili bir çarə tapmaq lazımdır” deyib.