Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “erməni soyqırımı”na dair açıqlaması və onu inkar etməsi bu ölkədəki revanşist və faşist qüvvələrin qəzəblənməsinə səbəb olub. Tribunainfo.az xəbər verir ki, açıqlamadan bir həftə keçməsinə baxmayaraq, hələ də məsələni gündəmdə saxlayan revanşistlər Paşinayanı diri-diri parçalamağa belə hazırdırlar.
Qeyd edək ki, bu qüvvələrin əlində olan media da bir xeyli fəaldır. Ötən gün “Fakt” qəzeti bu barədə məqalə ilə çıxış edərək, baş nazirin çıxışının mətninin Türkiyədə hazırlandığını iddia edib. “İndi İrəvan administrasiyası Türkiyə qarşısında növbəti öhdəliyini yerinə yetirməyə başlayıb: təkcə erməni soyqırımının beynəlxalq aləmdə tanınmasından imtina etmək deyil, həm də onun mövcudluğunu şübhə altına almaq”.