İT CUMMASINAN ÖLƏN MƏKTƏBLİ – “QORXUDAN ÖLMƏK” OLARMI?backend

İT CUMMASINAN ÖLƏN MƏKTƏBLİ – “QORXUDAN ÖLMƏK” OLARMI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üstünə it cumduğu üçün qorxudan dünyasını dəyişən 13 yaşlı məktəbli Gültəkin balamızın ölümü hamını həm kədərləndirib, həm də təəccübləndirib. “Qorxudan öldüm” – cümləsini hamımız həyatımızın bir nöqtəsində eşitmişik. Qorxu bioloji olaraq stressin başqa bir növüdür. Stess zamanı vücudumuz adrenalin və digər hormonlar ifraz edir. Bu hormonlar isə vücudumuza bir çox şəkildə təsir edir. Məsələn: ağciyərlərimiz genişlənir, göz bəbəklərimiz böyüyür, ürək daha sürətlə döyünür bu da vücudumuzdakı qan dövranını sürğtləndirir.

Bu barədə Tribunainfo.az-a psixoloq Narınc Rüstəmov danışıb. O bildirib ki, qorxduğumuz bir şeydən qaçdığımız zaman vücudumuz daha çox enerjiyə ehtiyac duyur:

“Əslində bunu müsbət hal kimi qiymətləndirə bilərik. Ancaq qeyd etmək lazımdır ki, ürək problemi yaşayan insanlar üçün bu ölümcül hal ola bilər. Belə ki, şiddətli stress zamanı qan ürəyə və beyinə eyni zamanda çata bilmir bu da infakt riskinin artmasına səbəb olur. Qorxudan ölüm halları ürək problemi, menopoz yaşayan orta və yaşlı qadınlarda daha çox müşahidə edilir. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, stress bütün xəstəliklərin üzə çıxmasında, ağırlaşmasında böyük gücə malikdir. Qorxu halları bəzən insanlar üçün sadə gələ bilər, məsələn: bir insanın pişikdən, itdən, həşaratdan və ya toyuqdan qorxması qəribə gələ bilər, hətta bəzən insanlar bunu yumor hissi ilə qarşılayırlar. Ancaq qeyd etmək stəyirəm ki, bu həmin şəxs üçün travmatik, ağır bir problemdir. Belə ki, qorxu fobiya şəklində yaşanır və insan onu beynində dəhşətli bir hala gətirir ki, bu bəzi hallarda ölümlə nəticələnir. Ona görə də əgər uşaq yaşlarından qorxu halları müşahidə edilirsə, valideynlər bu məsələyə ciddi yanaşmalıdır. Məsələn, Gültəkindəki itdən qorxu görünür ki, ilk dəfəyə məxsus bir hal deyil, bu onda əvvəldən var imiş”.

Psixoloq bildirib ki, övladında bu halı görən valideynlər zamanında müdaxilə etməli, bunu arxa plana atmamalıdırlar. Lazım gələrsə mütəxəssis dəstəyi də almalıdırlar:

“Əks təqdirdə belə qorxu halları gələcəkdə acı nəticələrlə bitə bilər”.
Nigar