İsveçrədə çadra qadağası qüvvəyə mindi – 1143 dollar cərimə

İsveçrədə çadra qadağası qüvvəyə mindi – 1143 dollar cərimə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
1 yanvar tarixindən İsveçrədə ictimai yerlərdə çadranın geyilməsinə dair mübahisəli qadağa, daha geniş şəkildə “çadra qadağası” kimi tanınan qanun qüvvəyə minib.
Qaynarinfo xəbər verir ki, bu barədə “SwissInfo” portalı məlumat yayıb.
İsveçrə Fransa və Avstriya kimi qonşu ölkələr də daxil olmaqla, belə bir qadağa tətbiq edən digər beş Avropa ölkəsinə qoşulub.
Qadağanı pozanlar 1000 İsveçrə frankına (təxminən 1 143 ABŞ dolları) qədər cərimələnə bilərlər.
Qanunda üzün təhlükəsizlik, hava şəraiti və ya sağlamlıq səbəbindən örtülməsini əhatə edən istisnalar var. Bu istisnalar həmçinin incəsənət, əyləncə yerləri və reklam sahəsində tətbiq oluna bilər.
2021-ci ildə keçirilən referenduma az fərqlə təsdiqlənən və müsəlman təşkilatları tərəfindən tənqid olunan bu qadağa 2009-cu ildə yeni minarələrin tikintisinə qadağa tətbiq edən eyni qrup tərəfindən irəli sürülüb.
Bundan əvvəl məlumat verilmişdi ki, Fransa dövlət məktəblərində bütün bədəni örtən ənənəvi müsəlman geyimi abayanın geyilməsinə qadağa qoyulub.
Almaniyanın Baden-Vürtemberq federal əyalətinin hakimiyyəti isə məktəblərdə çadra və ya üzünü tamamilə örtən niqabın geyilməsinə qadağa qoyulması ilə bağlı razılığa gəlib.