İsveçrənin SRG SSR teleradio yayım şirkəti “Eurovision-2018” yarışmasının milli seçim qaydalarında dəyişiklik edib.
İsveçrənin SRG SSR teleradio yayım şirkəti “Eurovision-2018” yarışmasının milli seçim qaydalarında dəyişiklik edib.
Belə ki, ölkədə milli seçim prosesinin ilk mərhələləri mahnı üzərində cəmləşəcək, ifaçı isə sonda müəyyənləşəcək.
TİA.AZ xəbər verir ki, İsveçrənin SRG SSR milli yayım şirkəti “güclü, aydın və başa düşülən” modern mahnı seçimini elan edib. Mahnılar sentyabrın 1-dən 22-dək qəbul olunacaq. Onların sırasından milli seçimin final mərhələsində canlı yayımda ifa ediləcək mahnılar seçiləcək. Həmin mahnıların hər biri üçün ideal interpretasiyanı tapmaq məqsədilə onların siyahısı hazırlanacaq və hər mahnı ayrı-ayrı ifaçılar tərəfindən səsləndiriləcək. Milli seçimin final mərhələsində mahnı və ifaçıların hamısı dinləniləcək. İsveçrə vətəndaşlarına və ya bu ölkədə yaşayanlara üstünlük veriləcək. Lakin milli mənsubiyyət İsveçrəni təmsil etmək üçün həlledici amil deyil.
Qeyd edək ki, ilk dəfə 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilən “Eurovision” mahnı müsabiqəsinin qalibi elə bu ölkə olub. 2018-ci ildə isə İsveçrənin bu yarışmada ikinci qələbəsinin 30 ili tamam olur. Həmin vaxt ölkəni Selin Dion təmsil edib.
Xatırladaq ki, “Eurovision-2018” mahnı müsabiqəsi Portuqaliyada keçiriləcək. (AZƏRTAC)