İSVEÇİN XARİCİ İŞLƏR NAZİRİ QURANLA BAĞLI BƏYANAT YAYDI

İSVEÇİN XARİCİ İŞLƏR NAZİRİ QURANLA BAĞLI BƏYANAT YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin xarici işlər naziri Tobias Billström Livanın xarici işlər naziri Abdullah Buhabib ilə telefonla danışaraq Qurana qarşı təhqiramiz hərəkətləri pislədiyini bildirib.

Tribunainfo.az Gazete Duvar-a istinadən xəbər verir ki, İsveçin xarici işlər naziri Tobias Billström ölkəsinin Qurana, İslam inanc və simvollarına qarşı təhqiramiz hərəkətlərdən təəssüfləndiyini və pisləndiyini bildirib.

Livan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, İsveç xarici işlər naziri Billström Livanın xarici işlər naziri Abdullah Buhabibə telefonla zəng edib.

Livanın xarici işlər naziri Buhabib İsveçin münasibətindən məmnunluğunu ifadə edərək, artan islamafobiya və nifrət cinayətlərinin qarşısının alınması üçün əlavə və əməli addımların atılmasını istəyib.