İsveçdə hicablı ərəb turistlərə söz atan şəxs məhkəmənin qərarı ilə cərimələnib.
İsveçdə hicablı ərəb turistlərə söz atan şəxs məhkəmənin qərarı ilə cərimələnib.
AzEuroNews.com-un məlumatına görə, hadisə ölkənin paytaxtı Stokholmda baş verib. Belə ki, qatarla səyahət edən 3 hicablı ərəb turistə 52 yaşındakı İsveç vətəndaşı olan bir kişi donuz kolbasası göstərərək “müsəlmanlardan nifrət edirəm, rədd olun pis ərəblər” deyib. Qadınlar buna görə, məhkəməyə şkiayət ediblər. İşə Sollentuna Attunda məhkəməsində baxılıb. Qatardakı kamera vasitəsi ilə hicablı qadınları təhqir edən şəxsin kimliyi tezliklə müəyyən olunub. Məhkəmə isveç vətəndaşının üç hicablı qadına toplam 5 min kron (təxminən 500 avro) ödəməsinə qərar verib.
Eyni zamanda məhkəmə isveç vətəndaşına verdiyi 60 günlük həbs cəzasını pula çevirib. O, əlavə 9 min kron (təxminən 900 avro) ödəməli olub.