İsveç millisinin baş məşqçisi Yanne Andersson istefa verib.
Tribunainfo.az xəbər verir ki, bunu İsveç Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
61 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsindəki uğursuzluqdan sonra postundan ayrılıb. Onun son matçı Estoniyaya qarşı olub. Bu görüşdə isveçlilər 2:0 hesablı qələbə qazanıb.
Bunadək isə skandinaviyalılar Bakıda Azərbaycan millisi ilə görüşüb. Yığmamız İsveç millisini 3:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, Andersson 2016-cı ildən İsveç yığmasına rəhbərlik edirdi.