İsveçin baş naziri Ulf Kristersson ölkəsinin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) inteqrasiyasını bu gün başa çatdırdığını və gələn ilin əvvəlində NATO-nun Latviyadakı batalyonuna hərbi qoşun göndərəcəklərini açıqlayıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson mətbuat konfransında İsveç Baş Qərargahı ilə NATO-nun birgə bəyannamə imzaladığını bildirib və İsveçin 2022-ci ildə NATO-ya üzvlük üçün başlatdığı prosesin başa çatdığını qeyd edib.