İstirahət mərkəzin rəhbərinin adını nisiyə dəftərə yazdıran administratora hökm oxunub

İstirahət mərkəzin rəhbərinin adını nisiyə dəftərə yazdıran administratora hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxı-İsmayıllı yolunun 24-cü kilometrliyində yerləşən fərdi sahibkar Novruz Şöhrət oğlu Gülməmmədova məxsus “Şöhlətoğlu” ailəvi istirahət mərkəzinin keçmiş administratoru saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, saxlanılan 1980-ci il təvəllüdlü S.Adil restoranda rəsmi olaraq aşbaz kimi qeydiyata alınsa da, sahibkar ona inandığı üçün istirahət mərkəzində bütün işlərini görməsini həvalə edib.

Novruz Gülməmmədov şikayəti əsasında saxlanılan Adilə Cinayət Məcəlləsinin (178.2.2 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məlum olub ki, sahibkarın ən yaxın adamı kimi tanınan Adil istirahət mərkəzinin tikintisi, təmiri, həmçinin ərzaq və digər məhsulların alış-verişini də özü edib.

Novruz Gülməmmədov Türkiyədə müalicə olduğu dönəmdə Adil İsmayıllı rayonundakı qəssablardan, tikinti ləvazimatı mağazalarından onun adına nisiyə mal götürərək pulları mənimsəyib, sahibkarın adını ticarətçilərin nisiyə dəftərinə yazdırıb. Sahibkar iddia edib ki, o, rəhbəri olduğu restoranın gündəlik alverindən qalan hər gün üçün 1500 manat xeyiri də mənimsəyib.

İşin üstü isə Novruz Gülməmmədov İsmayıllı bazarında alış-veriş edən zaman qəssabın ona yaxınlaşmasından sonra açılıb. Belə ki, qəssab sahibkara 22 min manat borcunun olduğunu deyib. Sahibkar Adildən onun adından 2022-2023-cü illərdə nisiyə götürdüyü (ət, pendir və digər ərzaqlara görə) 31426 manatlıq məhsullara görə pulu geri qaytarılmasını tələb edib.

Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, 17 avqust 2018-ci ildən 3 mart 2023-cü il tarixədək Şöhlətoğlu İstirahət Mərkəzində administrator və aşpaz vəzifəsində işləyib.

Məhkəmənin qərarı ilə Adilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Adil cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

Adil qərardan narazı qalaraq apelyasiya şikayəti verib. İş hazırda apelyasiya mərhələsindədir.