İstirahət günlərində hava şəraiti necə olacaq?

İstirahət günlərində hava şəraiti necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti yağmurlu keçəcək”.

Bunu TİA.AZ-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu gün – fevral ayının 9-da gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir: “Mülayim cənub küləyi əsəcək”.

G.Məmmədova qeyd edib ki, fevral ayının 10-da və 11-də bəzi yerlərdə yağmurlu hava şəraiti müşahidə olunacaq: “Dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir. Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq”.