Sürücü və sərnişinlər nəzərə alsınlar ki, belə qızmar havada kondisionersiz avtomobillə yola çıxmaq çox risklidir. Ən riskli vaxt isə 11.00-18.00 arası olan saatlardır.
Tribunainfo.az yazır ki, bu barədə yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib. O qeyd edib ki, bu, sürücünün qəza törətməsinə səbəb ola bilər:
“Günəş altında ən çox qızan yer asfalt yollardır. Təsəvvür edin ki, havanın temperaturu 40 dərəcənin üstündədirsə, asfaltın üzərində 1-2 metrlik hava təbəqəsinin temperaturu 50-nin üzərində olacaq (asfaltın öz temperaturu 60-ı, hətta 70-i keçə bilər). Pəncərəsi açıq avtomobildə hərəkət edərkən belə qızmar hava axını insan bədəninin mayesini daha qısa müddətdə azaldacaq, gözlər qurumağa başlayacaq. Adamın yaşından və səhhətinin ümumi vəziyyətindən asılı olaraq bunun ciddi fəsadları ola bilər, sükan arxasında halı pisləşən sürücü ağır qəzaya səbəb ola bilər…
Özünüzü qoruyun. Hər bir halda istilər keçib gedəcək”.