İSTİLƏR DÜŞÜR, GÜNVURMA HALLARI ARTIR… UŞAQLARI GÜNVURMADAN NECƏ QORUYAQ?backend

İSTİLƏR DÜŞÜR, GÜNVURMA HALLARI ARTIR… UŞAQLARI GÜNVURMADAN NECƏ QORUYAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il yay tez gəldi. Adətən iyunda müşahidə edilən bu cür istilər mayın ortasından hiss edilir. Günəşli hava əhvalımıza müsbət təsir etsə də, kəskin istilər orqanizmə mənfi təsir edir. Əsas problem isə günvurmadır. Tədris ilinin hələ başa çatmadığını nəzərə alsaq, risk altında azyaşlılar, məktəblilərdir.

Tribunainfo.az yazır ki, günvurmadan qorunmaq üçün bir sıra tədbirlər görmək vacibdir. Bu tədbirlər sırasına aşağıdakılar aid edilir:

– Günəş şüalarının təsirinin güclü olduğu saatlarda bu şüalardan qaçın və həmin saatları kölgəlik bir yerdə (ağac, çətir altı və s.) keçirin.
– İsti havalarda açıq rəngli, incə, pambıq geyimlər geyinin. Geniş kənarlı şapka taxın və ya çətirdən istifadə edin.
– Yay mövsümündə bol maye qəbul edin.
– Ağır və həddindən artıq yemək yeməyin, yüngül yeməklərə, meyvə və tərəvəzə üstünlük verin. Qızartma və ədviyyatlı yeməklərdən uzaq durun.
– Olduğunuz yeri havalandırın. Ventilyasiyası olan yerlərdə qalmağa çalışın.
– Tez-tez duş qəbul edin.
– Qoruyucu günəş kremindən istifadə edin. Günəş vannası qəbul etməzdən əvvəl dəriyə uyğun qoruyucu krem sürtün.
– Günəş altında idman etməyin.
– Gün eynəklərindən istifadə edin.

Uşaqların günün təsirindən qorunmasına isə xüsusi diqqət yetirilməlidir. Uşaqları xüsusilə günorta saatlarında günəşin zərərli təsirlərindən uzaq tutmaq lazımdır. Uşaq gün vurmasından təsirlənibsə, onda baş gicəllənməsi, ürək bulanması, şüur itkisi və dəridə yanmalar meydana gələ bilər. Eyni zamanda ishal da baş verə bilər. Uşaqda bu əlamətlərdən birinə belə rast gəlirsinizsə, tez bir zamanda onu həkimə göstərin. Unutmayın ki, gün vurmasının mənfi təsirləri daha irəliləyən yaşlarda belə uşağa təsir edə bilər.
Günəşli və çox isti havaların bir başqa mənfi təsiri də iştahsızlıqdır. İsti havalarda uşaqlarda iştahsızlıq baş verə bilər. Bu zaman yemək yedizdirmək o qədər də asan deyil. Ancaq uşağın mayedən bol-bol istifadəsini unutmayın. Uşağınıza tez-tez sevdiyi meyvə şirəsi və ya digər mayeləri verə bilərsiniz.