İstidən bezənlərə ŞAD XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında  iyulun 5-i günün ikinci yarısından iyulun 8-i səhərədək arabir güclənən şimal-qərb küləyinin  əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən  4-6 dərəcə aşağı enəcəyi  gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən TİA.AZ-a verilən məlumata görə, Azərbaycanın bəzi rayonlarında iyulun 5-i gündüzdən 8-i səhərədək Şimal-Qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, iyulun 7-dən bəzi Şimal və Qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir.

İyulun 7-8-də  havanın temperaturu ötən günlərlə müqayisədə  4-7 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı  ehtimal olunur.