Tarif Şurasının 28 noyabr tarixli qərarı əhalinin isti su təminatında qiymət artımına təsir göstərməyəcək.
Tarif Şurasının 28 noyabr tarixli qərarı əhalinin isti su təminatında qiymət artımına təsir göstərməyəcək.
TİA.AZ “Azəristiliktəchizat” ASC-yə istinadən bildirir ki, yeni qərar əksinə isti suyun qiymətinin artırılmasının qarşısını alacaq.
Belə ki, “Azəristiliktəchizat” ASC əhali və təsərrüfat hesablı müəssisələr olmaqla iki kateqoriyaya xidmət göstərir. Əhali kateqoriyası üçün 1 kubmetr su təchizatına görə 35 qəpik, tullantı sularının axıdılması xidmətləri üçün 15 qəpik təsdiq edilmişdi. Təsərrüfat hesablı müəssisələr üçün isə 1 kubmetr su təchizatına görə 1 manat ödənilirdi.
Bu qərardan sonra əhali və təsərrüfat hesablı müəssisələr də daxil olmaqla bütün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə 1 kubmetr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat təsdiq edilib.
Qeyd edək ki, “Azəristiliktəchizat” 160 mindən artıq əhali qrupu üzrə abonentə xidmət göstərir. Bu qərar səhmdar cəmiyyətə imkan verir ki, müştəriləri arasında daha böyük paya malik olan əhali üçün isti suyun qiymətini artırmasın.