Havalar çox istidir. Belə havalarda uşaqları qazlı, rəngli, energetik içkilərdən uzaq tutun.
Tribunainfo.az xəbər verir ki, bu barədə həkim-pediatr Vaqif Qarayev məlumat paylaşıb. O bildirib ki, belə istilərdə uşaqlara adi su içirtmək ən faydalısıdı:
“Havalar çox istidir və təbii olaraq da su içməyə tələbat da artıb. Uşaqlara su əvəzinə sərinləmək üçün rəngli içkilər verməyin. Energetik içkilər isə heç verməyin! Bu içkilər uşaqlar üçün həmişə zərərlidir. Yayın istisində isə zərəri ikiqat artır. Ziyanı barədə kifayət qədər deyilib. Onu araşdırmaqdansa, siz bu içkiləri verməyin, vəssalam. Özünüz də adi su için, uşaqlarınıza da adi su verin. Həm zərərsizdir, həm də sərinlədir”.
Gülşən Rəsul