Yayda temperaturun artması mədə və bağırsaq infeksiyalarının da artmasına səbəb olur. Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, bunun qarşısını almaq üçün əl gigiyenasından tutmuş içməli suya qədər bir çox detallara diqqət yetirmək lazımdır.
İsti havalarda bədənimizin tərləmə yolu ilə maye və elektrolit itkisi artır. Bu vəziyyət susuzluq başgicəllənmə, zəiflik, baş ağrısı və yorğunluq kimi simptomlara səbəb ola bilər.
İsti havalarda artan digər problem isə mədə və bağırsaq infeksiyalarıdır. Yüksək hərarət, artan səyahət və açıq şəkildə satılan qidalar infeksiya riskini artırır. Ona görə də yay aylarında həm qida təhlükəsizliyinə, həm də şəxsi gigiyenaya diqqət yetirmək böyük əhəmiyyət kəsb edir.