İSTİ HAVALARDA QAYNAR ÇAY…  BİZİ SƏRİNLƏDİR YOXSA…?

İSTİ HAVALARDA QAYNAR ÇAY… BİZİ SƏRİNLƏDİR YOXSA…?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayın istiisində temperatur 40 dərəcə olsa da, azərbaycanlılarln sərinləmək üçün isti çay içməyə üstünlük verirlər. Millətin çay vərdişi yayın istisində də davam edir. Kimisi bununla susuzluğunun yatdığını deyir, kimisi isə daha da istiləndiyini.

Tribunainfo.az yazır ki, həkimlərin fikrincə, isti yay günlərində çay içmək məsləhətli deyil.
Türkiyəli profesorlar isti havalarda çay içməyi tövsiyə etmir. Həkimlər bunu əsasən isti havalarda içilən çayın susuzluğu yatırmaq əvəzinə bədəndəki mayelərin azalmasına və damarlarda sıxılmasına gətirib çıxarması ilə əsaslandırır. Nəticə etibarilə bu proses günvurmanı sürətləndirə bilir.

Buna görə də həkimlər bu cür kəskin istilər zamanı əsasən sərin içkilər içməyi tövsiyyə edir. Bədənimizin su və duz itirməsinə nəzərə alsaq, az duzlu ayran və ya meyvə şirəsinin orqanizmimizə çox faydalı olacağı bildirilir.

Əlavə olaraq yay meyvələrindən istifadə etmək, günvurmanın qarşısını almaqda kömək ola bilər.

Həkimlər kəskin istilər zamanı çay, qəhvə və spirtli içkilərdən uzaq durmağı tövsiyyə edir.